"Uğur qadınlara yaraşır"
akart və Gender Hub Azərbaycan təqdim edir!
akart və Gender Hub Azərbaycan, qadın sahibkarların gücünü və uğurlarını vurğulayan ilhamverici bir video çarx təqdim edib. Bu əməkdaşlıq çərçivəsində çəkilən video, ölkəmizdəki qadın sahibkarların əzmini, özlərinə inamını və yaradıcılığını nümayiş etdirərək, cəmiyyətdə oynadıqları vacib rola diqqət çəkib.

“Uğur qadınlara yaraşır” şüarı ilə yayımlanan bu videoda beş qadın sahibkarın hekayəsi paylaşılıb:

🔹 Nərmin Şirinova – Çay biznesi
🔹 Nadejda Bağırova – Ebru sənəti və muncuq aksesuarları
🔹 Türkay Rəhimli – Çörəkçilik
🔹 Samirə Salamova – Dərzilik və tədris
🔹 Almaz Məhərrəmova – Çanta istehsalı

Videonun sonunda səslənən “Sənin gücün cəmiyyətə güc qatır, çünki qadınlar bacarır” mesajı isə qadınların öz uğurları ilə cəmiyyətin inkişafına verdiyi töhfəni vurğulayıb.

Bu video, akart-ın ana şirkəti A-Solutions EPT MMC üçün daha geniş tərəfdaşlıqlara və gələcək layihələrə atılan ilk addımdır. Bu tərəfdaşlığın davamlılığı ölkədə qadın hüquqlarının qorunmasına və bərabərhüquqlu cəmiyyətə yol açılmasına önəmli bir töhfə olacaqdır.

Hər kəsi qadın sahibkarları dəstəkləməyə və onların uğurlarını birlikdə qeyd etməyə dəvət edirik!

📺 Videonu izləmək üçün: https://www.instagram.com/p/DG7nFtLNU-c/